Amerikanın Amazon şirkəti internet-şopinq sahəsində növbəti dəfə inqilab edib. Yeni texnologiya ev yiyəsi olmadan belə sifarişləri çatdırmaq qabiliyyətinə malikdir. Amazon Key 8 noyabrdan ABŞ-ın 28 şəhərində buraxılacaq. Elementin əsas özəlliyi smart-kilidləmənin olmasıdır. O, veb-kamera ilə əlaqəli işləyir və smartfonla idarə edilir. Bağlamanı çatdırarkən kuryer onun üzərində ştrix-kodu skan edir və sorğunu Amazonun məlumat bazasına göndərir. Məlumat təsdiqlənəndə qapı avtomatik açılır, dəhlizdə quraşdırılan veb-kamera isə sahibi üçün evdən canlı videobağlantı qurur. Kuryer paketi içəriyə qoyduqdan sonra qapını örtür və çıxıb gedir. “Ağıllı” kilidlənmə və kamera komplekt şəkildə, eləcə də quraşdırma ümumilikdə müştəriyə 249,99 dollara başa gələcək. Yeni kilidləmə sistemi ev sahibinə yaxın adamları, dostları və ailə üzvlərini içəriyə buraxmağa imkan verəcək.
- Baxış: 407