Porsche markası kupe 911-in daha bir drayver versiyasını ortaya çıxarıb. Arxa ötürücülü Carrera modelinin bazasında yığılan maşın eyni adlı 1968-ci il avtomobilindən ilhamlanıb. Kupe mexaniki sürət qutusu və özü bağlanan arxa differensial əldə edib. Porsche 911 T (Touring) 1425 kiloqram çəkidədir, bu da onun adi “Karrera”dan 20 kq yüngül olması deməkdir. Standart təchizata bunlar aiddir: elektron idarə olunan amortizatorlu 20 millimetrlik asma, idman parametrli mühərriki və şassisi olan Sport Chrono paketi, həmçinin mexaniki sürət qutusunun qısaldılmış lingi. 911 T-nin çəkisini azaltmaq üçün arxa və yan güzgülər yüngül şüşələrdən düzəlib. Maşın hətta səs izolyasının böyük hissəsindən və multimedia sistemli arxa oturacaqlardan məhrum olub. Lakin onları əlavə xərc ödəmədən geri qaytarmaq olar. Nəhayət yeni Porsche modelində 20 düymlük disklər, idman eqzoz sistemi, idmansayağı oturacaq və sükan peyda olub. 3 litrlik 370 at güclü mühərrik isə əvvəlki kimi yerində qalıb. Belə bir güclə maşın mexanika ilə “yüzü” 4,5 saniyəyə, robotlaşdırılmış transmissiya ilə isə 4,2 saniyəyə yığır. Ən yüksək sürəti 290 km/saat olan Porsche 911 T (Touring)
Almaniya bazarlarına 2018-ci ildən çıxarılacaq. Qiymət 107 553 avrodan başlayır.
- Baxış: 395