Niderlandda 3D printerdə çap edilən ilk körpü istifadəyə verilib. Ölkənin cənubunda Gemert şəhərində yerləşən yeni beton konstruksiyanın ümumi uzunluğu 8 metrdir.
Velosipedçilər üçün nəzərdə tutulan körpü Eyndhoven Texniki Universiteti tərəfindən hazırlanaraq ərsəyə gətirilib.
Mütəxəssislər körpünün layihəsini 3 aya hazırlayıblar. 3D printer vasitəsilə konstruksiya qeyri-adi quruluşa malikdir. Onun hazırlanması üçün mütəxəssislər uzunmüddətli möhkəmliyi olan 800 beton qatından istifadə ediblər. Ekspertlərin sözlərinə görə, 8 metrlik körpü 40 yük maşınının ağırlığına dözə biləcək. Deyilənə görə, yaxın vaxtlarda texnologiyadan evlərin tam tikilməsi üçün istifadə etmək mümkün olacaq.
- Baxış: 501