Gədəbəy rayonunun ucqar dağ kəndləri nura boyanır. Elektrik təsərrüfatının yenilənməsi rayonun Şınıx bölgəsinə daxil olan 29 kənddə aparılır.
Səfura Məmmədova kənd sakini: “ Mənim 17 yaşım var idi 1965-ci ildə bu kəndə elektrik xəttələri çəkildi. Qışda külək, qar olan kimi bütün xəttlər qırılırdı həftələrlə işıqsız qaldırdıq. Gecələr zilllət olurdu nə heyvan rahatlaya bilirdim, nədəki iş görə bilirdik.
Gədəbəy rayonunun düşmənlə təmas xəttində yerləşən Zamanlı kəndinin ötən qışa kimi elektrik təsərrüfatının ürək açan olmaması sakinlərin də əhvalını xoş etmirdi. İstismar müddətini başa vuran naqillər və dirəklər əhalinin elektrik enerjisindən istifadəsini məhdudlaşdırırdı. Lakin elektrik təssərüfatının yenilənməsinə başlanılması kəndlilərin zillətli gecələrinə aydınlıq gətirir. 60 abonentin olduğu kəndi dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 2 trasvormator məntəqəsi əsaslı şəkildə yenidən qurulub. Qəzalı vəziyyətdə olan şalban dirəklər metal dirəklərlə əvəzlənib, zədəli naqillərin yerinə sip kabellər çəkilib.
Şakir Şirinov kənd sakini :“Təbbi fəlakət nəticəsində məlum səbələrdən işıqımız yanmırdı. Hal-hazırda kəndimiz 24 saat fasiləsiz elektrik enerjis ilə təmin olunur.
Nəriman Bayramov kənd sakini: “Hər halda aparılan işlər camaatın güzaranın yaxşılaşdırılmasına kömək edəcəkdir. Axşam səhər mal-qarasının, qoyun-quzusunun yerləşdirilməsini rahat həyata keçirəcəyik.
Azərişıq ASC-nin sifarişi ilə Gədəbəydə həyata keçirilən işlərin bu ilin sonuna qədər başa çatacağı planlaşdırılıb. İl ərzində rayon ərazisində 44 müxtəlif gücə malik olan transformator məntəqəsi yenilənib.
Xaliq Qurbanlı
- Baxış: 870