• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 24.10.2017 15:37

Xüsusi qayğıya ehtiyacı olanlar üçün kitab oxuyacaqlar

KepezTV Player

Gəncə Gənclər Evinin konfrans zalına toplanan tələbə-gəncləri əhəmiyyətli mövzu bir araya gətirib. Birazdan psixoloq Günel Hüseynli onlara əlil və xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmağın incəliklərindən danışacaq...

Gəncləri buraya toplayan isə Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi Orxan Kərimovdur.  Fürsətdən istifadə edib, Orxanla söhbət edirik. O deyir ki, gənclərin buraya toplamasının əsas səbəbi qayğıya ehtiyacı olan insanlara əllərindən gələn köməkliyi göstərməkdir. Onlar bu işə həftənin müəyyən günlərində əlil insanlara könüllü şəkilldə kitab oxumaqla başlamağı düşünürlər.

Gənclərin planları bununla yekunlaşmır. Növbəti mərhələlərdə könüllülər uşaq evindəki balacalarla vaxt keçirməyi, bölgələrdə yaşayan və qayğıya ehtiyacı olan yaşlı insanlarla ünsiyyət qurmağı, təhsildən yanınan gənclər üçün müxtəlif kurslar təşkil etməyi də düşünürlər.

Layihədə yer almaq istəyən hər bir könüllüyə öz bacardığı və sevdiyi sahə üzrə çalışmaq imkanı veriləcək.

Yasamənçilər” adı altında bir araya gələn könüllü gənclər psixoloqun söylədiklərini diqqətlə dinləyib, onları maraqlandıran suallara da cavab axtardılar. Öz fəaliyyətləri ilə yaşadığımız dünyanı gözəlləşdirməyə çalışan bu könüllülərə uğurlar azru edirik...