• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 23.10.2017 11:00

Volkswagen Scirocco modelinin istehsalı dayandırıldı

Volkswagen şirkəti 3 qapılı Scirocco heçbekinin istehsalını dayandırıb. Artıq modeli sifariş etmək olmaz və təkcə ötən ilkiləri almaq olar. Bu barədə Volkswagen-in rəsmi saytında məlumat verilib. Maşın konspet kimi ilk dəfə Iroc adı ilə 2006-cı ildə peyda olmuşdu. 1,4 litrlik turbomotorla hərəkət edən avtomobilin at gücü 210-a bərabər idi. Scirocconun kütləvi istehsalı isə 2008-ci ildən başlayıb. 5-ci nəsil Golf modelinin platforması əsasında hazırlanan avtomobil həm benzin, həm də dizel aqreqatlarla 140-dan 200-dək at gücü yığırdı. 2009-cu ildə onun 265 at gücündə gücləndirilmiş versiyası peyda oldu.