Honkonqun Chilli International şirkəti hibrid mobil telefon və spinerin satışına başlayıb. Kiçik cihazı həm zənglər üçün istifadə etmək, həm də sanki stressi çıxarmaq üçün fırlatmaq olar. K118 aparatı 1,4 düymlük ekran və həcmi SD-kartı ilə 8 Qb-dək artırıla bilən 32 meqabaytlıq drayvla təmin olunub. Telefon-spinnerə proqram yükləmək olmur. Buna baxmayaraq, yeniliyin öz brauzeri və digər qacetlərlə əlaqə qurmağa imkan verən Bluetooth modulu var. Fırlanan telefon hələlik yalnız Hindistanda satılır. Onu 20 dollara almaq mümkündür.
- Baxış: 378