• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 18.10.2017 10:39

Ən güclü Skoda Octavia rəssamlıqla məşğul oldu

Çexlər ən güclü Skoda modelini - RS245 avtomobilini rəssam-abstrasionistə çeviriblər. Bunun üçün peşəkar ralli yarışçısına və qraffiti ustasına müraciət edilib. “Sürət incəsənətdir” (Speed is Art) adlı videoçarxda pilot Pontus Tidemand və çex rəssam Matej Olmer iştirak edib. Maşının köməyi ilə onlar sürücülükdən və drayvdan zövq almağı simvolizə edən bir sıra abstrak rəsmlər çəkiblər. Skoda Octavia RS245 Octavia liftbekinin ən güclü modifikasiyası hesab olunur. Onun 2 litrlik turbomotoru 245 at gücündədir. Model “yüzü” 6,6 saniyəyə yığır.