Toyotanın araşdırmalar institutu ən son avtopilot sisteminin imkanlarını nümayiş etdirib. Yeni lidarlarla təchiz olunmuş sınaq maşınının iki sükanı var. İstehsalçılar avtopilot sistemini iki qrupa bölüblər: “sürücü” və “köməkçi”. Birinci avtomobilin sərbəst şütüməsinə şərait yaradır, ikinci isə sürücüyə maşını idarə edən zaman müəyyən düzəlişlər etməkdə kömək edir. Məsələn, belə bir sistem sürücü yatarkən idarəetməni ələ alır. Bu da yarana biləcək qəza təhlükəsini minimuma endirir. Toyotanın test maşınında eyni vaxtda iki sürücü ola bilər: biri sınaqçı rolunu, ikincisi isə Toyota əməkdaşı rolunu oynayır. Sonuncu, ehtiyac yaranarsa, avtomobili özü sürəcək. Toyota rəsmiləri bir çox digər əl işlərini, o cümlədən süni intellektli modellərini 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında göstərməyi planlaşdırırlar.
- Baxış: 657