KepezTV Player
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaparlı kənd sakini 23 yaşlı Nuranə Əhmədovaya balta ilə ağır bədən xəsarətləri yetirən atası İsmayıl Əhmədov saxlanılıb. İsmayılovların münaqişəli ailə olduğu və tərəflər arasında tez-tez mübahisə yarandığı deyilir. 23 yaşlı Nuranə Əhmədovanın həkim nəzarəti altında müalicəsi davam etdirilir. Həkimlər yaralıya sağ gicgah nahiyəsini çapılmış yarası və baş sümüyünün sınığı diaqnozu qoyublar. Xatırladaq ki qanlı hadisə oktyabrın 9-da baş verib. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 1066