• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 852
— 11.10.2017 15:11

Havanın qeyri-sabit keçməsi bazarda qiymətlərə də təsir etdi

KepezTV Player

Bir neçə gündür havaların qeyri normal keçməsi kənd təsərrüfatından da yan keçməyib. Soyuq və yağmurun günəşli havadan sonra yenidən davam etməsi texniki bitkilərin yığımını gecikdirməklə yanaşı, meyvə və giləmeyvələrin, həmçinin tərəvəz məhsullarının bazar qiymətini də yüksəldib. Mütəxəssilər belə havanın əsasən payızlıq əkinə müsbət təsirini qabardır.

Mirzəli Məhərrəmov - bağban: “Bizim özümüzün 2 hektar alma bağımız var. Yağışlarla əlaqədar meyvəni yığa bilmirik”.

Uzun müddətdir ki, bağçılıqla məşğul olan Mirzəli Məhərrəmov da yağıntının normadan artıq düşməsinin yaratdığı çətinliklərdən gileylənir. Məhsul yığımı gecikdiyindən satışa göndərmək mümkün olmur, üstəlik ağacda qalan meyvə tez xarab olur. Nəticədə tələb təklifi üstələyir və qiymət artımına səbəb olur.

Əsli Rüstəmova - satıcı: “Hava isti keçəndə bazarda uculuq olur. Xiyar, pamidor, üzümün qiyməti münasib idi yerli malların. Ancaq bir neçə gündür yağış yağır məhsulu yığmaq olmur ona görə, bahalıq müşahidə olunur. Göygöyərtinin də qiyməti qalxıb hava ilə bağlı. Kənd camaatı yağışa görə, yığıb gətirə bilmir”.

Şəhər bazarlarında davam edən qiymət artımı satıcılar kimi alıcıların da ürəyincə deyil.

Nüsrət Həsənov - alıcı: “Kənd təsərrüfatı məhsullartını birinci əldən alsan yaxışıdır. İnkinci əldə məhsulların qiymətlərini üstünə 40-50% qoyurlar əksəriyyəti elədir. Kənd çamahatı özləri gətirib satsalar ucuzluq olar. Üzüm bağlarda 50 qəpiyə alan yoxdur bazarda isə bu məhsulun qiyməti 80 qəpikdən 1 manatdan aşağı deyil. Bu günkü günün tələblərinə, qiymətinə görə, bazar od tutub yanır”.

Bazarlarda meyvə və göyərti məhsullarının qiyməti hava şəraiti ilə əlaqədar olaraq qalxsa da bu tendensiya davamlı deyil. Çünki davam edən anomal hava şəraitinin bir neçə günə kimi əvəzlənməsi sahələrdən və bağlardan məhsul yığımına imkan verəcək.

Hüseyn İdrisov - kənd təsərrüfatı mütəxəssisi: “Bitgilərin artıq, meyvə, giləmeyvə və tərəvəz məhsulları vegetasiay dövrünü sona çatdırıb, yığım dövrdür. Bu baxımdan yağışı xeyirsiz yağış adlandırardım mən. Bu yağış həmdə texniki bitgilərdən sayılan qarğıdalının, pambığın və tütünün sahələrdən yığımına öz mənfi təsirinidə göstərir”.

Mütəxəssis bazarlarda tərəvəz məhsullarının qiymətlərinin qalxmasına digər səbəb kimi məhsulun Rusiya bazarlarına daşınması ilə əlaqələndirir.

 

Xaliq Qurbanlı