“Küçə həyatına məruz qalmış uşaqlarla sosial işin təşkili”. Gəncədə bu mövzuda baş tutan seminar hər bir cəmiyyət üçün aktual olan problemə həsr olunub. Uşaqların küçə həyatına məruz qalmasının səbəbləri, onların problemləri, uşaqlarla sosial işin təşkili seminarda əsas toxunulan məsələlər olub. Uşaqların küçəyə düşməsinin başlıca səbəbləri kimi yoxsulluq, valideynlərin boşanması, ailə institutunun zəif olması göstərilib. Risk altında olan uşaqların xüsusi müəssisələrə yerləşdirilməsi, onlarla ixtisaslaşan pedaqoqlar, psixoloqlar, sosial işçilərin çalışmasının əhəmiyyətinə toxunulub. Həmçinin diqqət, uşaq müəssiələrini tərk edənlərin cəmiyyətə adaptasiya olmaları üçün hüquqi, psixoloji konsultasiya dəstəyinin verilməlisinə yönəldilib.
Elnur Vahidoğlu
- Baxış: 421