Goranboyda fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırda buynuzlu heyvanlar qarayara xəstəliyinə qarşı peyvənd olunur. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tədbirlər planına uyğun olaraq rayonda yetişdirilən iribuynuzlu heyvanların baş sayı dəqiqləşdirilərək profilaktik tədbirlər görülür. Buna qədər isə iri və xırdabuynuzlu heyvanlar dabaq, çiçək, nodulyar dermatit, leptosperyoz, ev quşları isə nyukasl xəstəliklərinə qarşı peyvənd edilib. Ümumilikdə rayonda 42 min baş iribuynuzlu, 220 min baş xırdabuynuzlu heyvan və 400 min baş ev quşu yetişdirilir. Ayın sonuna kimi qarayara xəstəliyinə qarşı aparılan peyvəndləmə başa çatdırılacaq.
Altay Həsənov - baytar: “Bildiyimiz kimi qarayara çox təhlükəli xəstəlikdir. Buna görədə Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bunu nəzərə alaraq epizootik plana salmışdır. İri və xırdabuynuzlu heyvanlar arasında hər il peyvəndləmə işləri aparılır. Bunu nəticəsində demək olar ki, bizim zonanın heç bir yerində qarayara xəstəliyi aşkar edilməyib”.
- Baxış: 1119