Şəmkirdə eləcə də daxili imkanlar hesabına şəhər 3 saylı uşaq bağçası körpəlrə evinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu son 1 il ərzində rayon mərkəzi və Dəllər qəsəbəsində yenilənən uşaq bağçalarınnın sayca üçüncüsüdür. Kür qəsəbəsində və Qaranüy kəndində isə bu istiqamətdə işlər davam etdirilir. Rayondakı 51 uşaq bağçasının yenilənməyə ehtiyac duyulanları da mərhələli şəkildə yenilənəcəyi gözlənilir. Qəzalı vəziyyətdə olan 3 saylı körpələr evində təmirdən sonra 8 qrupda 150 uşağın normal təlim tərbiyyəsi üçün maksimum şərait yaradılıb. Bağçada 20 pedaqoji işçi və 22 nəfər texniki heyyət çalışır. Tərbiyyə müəssisəsində 8 sinif otağı, 1 musiqi zalı, yemeəkxana, çamaşırxana, anbar və idarəetmə otaqları mövcuddur. Binada mərkəzi qazanxana sistemi yaradılıb.
Natiq Hüseyn
- Baxış: 528