KepezTV Player
Sabirabadda piyadanın ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində, Nizami kəndi ərazisində olub. Füzuli rayon sakini 24 yaşlı Fərid Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Hacıbəbir kənd sakini 64 yaşlı Ramiz Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 517