KepezTV Player
“Beynəlxalq Turizm Günü” münasibəti ilə Gəncədə fəaliyət göstərən müzey və mərkəzlərdə “Açıq qapı” günü təşkil edilib. Gəncədə fəaliyyət göstərən orta və ali təhsil müəssisələrinin şagird və tələbələri şəhərin bir sıra müzey və mərkəzlərində olublar. Nizami Gəncəvi Məğbərə Kompleksi, Qala Qapıları Arxeologiya və Etnografiya Müzeyi, Gəncə Tarix Diyarşünaslıq müzeyi ən çox ziyarət olunan məkanlardan olub. Bu mədəniyyət ocaqları sırasında il ərzində ən çox ziyarətçi qəbul edəni Nizami Gəncəvi Məğbərə Kompleksi olub. Son 9 ay ərzində bura 14 mindən çox turist gəlib ki, onlardan da 6000-ə yaxını xarici ölkə vətəndaşlarıdır. Komplesk məktəblilər tərəfindən də mütəmadi ziyarət olunur.
Gülnar Fazilqızı
- Baxış: 390