Hadisə Neftçala rayonunun Qazaxbərəsi kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 62 yaşlı Nurəddin Abdullayevə məxsus tövlənin üzərindəki çardaqda yığılmış ot bağlamaları anidən alovlanmağa başlayıb. Hava küləkli olduğundan yanğının əhatə dairəsi genişlənərək alov tövləyə keçib. Bu zaman nəvələri ilə birlikdə olan ev sahibi yanğından xəbər tutaraq aidiyyati qurumlara məlumat verib. Hadisə yerinə FHN-nin Salyan yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq sahəsi 96 kvadratmetr olan tövlə və onun üstündəki çardaqda yığılmış 1200 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb, ev sahibinə isə xeyli miqdarda ziyan dəyib.
Yanğının başvermə səbəbi ev sahibi üçün müəmmalı qalıb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 451