Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Növbəti reydi paytaxtda Pirallahı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları keçiriblər. Reyd zamanı saxlanılan sürücülərin cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb, həmçinin cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub. Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülərin nəqliyyat vasitəsilərinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul edilib.
Reyd zamanı cəriməsini yerində ödəyən sürücülər də tapılıb.
Bu ilin 8 ayı ərazində Pirallahı rayon DYPB-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 1083 inzibati protokol tərtib edilib, həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 1168 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.
irallahı rayonu ərazisində kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da davam etdiriləcək.
Zülfiyyə Telmanqızı
- Baxış: 343