Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Cabbar Muxtarovdan 10 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram marixuana aşkar edilib. Beyləqanda isə yabanı halda bitən, 372 kq olan 170 ədəd çətənə kolu məhv edilib. RPŞ-nin əməkdaşları narkotiki Bolsulu qəsəbəsi ərazisində aşkar ediblər.
Zülfiyyə Telmanqızı
- Baxış: 392