Paytaxtın Qaradağ rayonu Ələt qəsəbəsində 54 yaşlı Zülfüqar Əbilov dostu ilə mübahisə edib. Nəticədə əsəblərinə hakim kəsilə bilməyən dost Əbilova iki bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 459