Lənkəran rayonunda da toyda həmkəndlilər arasında kütləvi dava düşüb. Vilvan kəndində fəaliyyət göstərən şadlıq saraylarının birində Verəvul kənd sakini Hamil Mirzəyevlə, onun həmkəndlisi olan, Rasif Məmmədov arasında münaqişə yaranıb. Şadlıq sarayından çıxan Hamil Mirzəyev əlindəki şüşə butulka ilə Rasif Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra köməyə gələnlər arasında da toqquşma olub və Hamil Mirzəyev xəsarət alıb. Dava səbəbindən Lənkəran-Boradigah şosesində yol təqribən 25 dəqiqə bağlı olub. Hadisədə Rasif Məmmədovun anası da yüngül xəsarət alıb.Yaralılardan Rasif Məmmədov Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar bir neçə şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Davanın söyüş üstündə baş verdiyi deyilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Ruhəngiz Hacızadə
- Baxış: 817