Rayon sakini, 23 yaşlı Marat Hüseynzadə qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir. Marat Hüseynzadə əvvəlcə yıxılaraq qarnına dəmir batdığını desə də, sonradan onun bıçaqlandığı məlum olub. 23 yaşlı gəncin kim tərəfindən və harada bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Elton Cabbarlı
- Baxış: 517