Şəmkirdə də ötən ilə yekun vuraraq qarşıdan gələn tədris ilinə hazırlıqlar müzakirə edilib. Füzuli adına şəhər, Kür qəsəbəsi, Şiştəpə və Düyərli kənd tam orta məktəbinin məzunları ötən dərs ilində fərqlənməyi bacarıb. Ceyrançöl, Talışkənd və Günəşli kəndlərindən isə ali məktəblərə qəbul qeydə alınmayıb. 9-cu siniflər üzrə 8, 11-ci siniflər üzrə isə 16 şagird fərqlənmə attestatı alıb. Bir nəfər məzun isə qızıl medala layiq görülüb. Yeni dərs ilinə hazırlıqdan danışılan konfransda məktəblərə 171 adda 95 min 857 ədəd dərsliyin paylanıldığına diqqət çəkilib. Rayon mərkəzində bir neçə təhsil ocaqları cari təmir olunub, Hacıalılar və Qaranüy kəndlərində modul tipli məktəblər inşa olunub. Müzakirələr zamanı buraxılan nöqsanların aradan qaldırılması üçün məktəb direktorları qarşısında konkret tələblər qoyulub.
Natiq Hüseyn
- Baxış: 673