• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 26.08.2017 14:53

Goranboyda sərxoş sürücülər çoxluq təşkil etdi

KepezTV Player

Yol polislərinin sərxoş sürücülərə qarşı keçirdikləri reydlərin ardı-arası kəsilmir.  Ancaq nədənsə, bir çox sükan sahibləri üçün yazılan cərimə protokolları yetərli deyil. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Goranboyda keçirdiyi reyd zamanı xeyli sayda sərxoş sürücünün müəyən edilməsi  belə deməyə əsas verir.

Bir bakal pivə içib sükana əyləşməyin qanuni olduğunu deyən sürücü elə  qaydalar çərçivəsində də cərimələndi. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları bu dəfə Goranboy rayonunda reyd keçiriblər. Sərxoş sürücülərin çoxluğu diqqət çəkib.

Sərxoş olub sükan arxasına əyləşənlər arasında yol polisinin iradları ilə razılaşanlar da oldu.

Rayonun müxtəlif ərzazilərində keçirilən reyd zamanı 50-dən artıq sürücüyə inzibati protokol yazılıb. Onlardan 9-u sərxoşluqla bağlı olub.

Alim Məmmədov baş inspektor: Avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər hələ də çoxdur. Sürücülərdən xahiş edirik gələcəkdə avtomobili sərxoş vəziyyətdə idarə etməsinlər. Çünki baş verən qəzaların böyük əksəriyyəti sərxoş sürücülər tərəfindən törədilir. Ona görə reydlərimizi davam etdirəcəyik.

Anoloji reydlər bu günədək qərb bölgəsinin Şəmkir və Gədəbəy rayonlarında da keçirilib.

Natiq Hüseyn