KepezTV Player
Azəbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncədə görüş keçirilib. Müharibə veteranlarının problemlərinin araşdırılması adlı layihə çərçivəsində müharıbə veteranları, müharibə əlilləri və şəhid ailələrinin bu istiqamətdə problemləri dinlənilib. Sağlamlıqlarını itirmiş və şəhid olmuş soydaşlarımızın ailələrinin tibbi reabilitasiyası və sosial müdafiəsi müzakirə edilib. Görüşdə Qarabağ iştirakçılarının veteran vəsiqəsinin alınması ilə bağlı yaranan problemlərə də toxunulub. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri qaldırılan məsələlərin həlli istiqamətində görüləcək işlər barədə danışıblar.
Xaliq Qurbanlı
- Baxış: 584