KepezTV Player
Şəkidə bir nəfər naməlum şəxs tərəfindən güllələnib. Rayonun Baş Kəldək kənd sakini, 31 yaşlı Səməd Əsgərov ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb. Bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Səməd Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona atəş açılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 525