Sabirabad RPŞ-ə rayonun Qaratəpə kənd sakini Ramil Əhmədovun yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.Həyata keçirilən tədbirlər nəticəsində Əhmədovun evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin həyətyanı sahəsindən ümumi çəkisi 86 kiloqram 500 qram olan 23 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.Axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən 3 ədəd şüşə balonda, 2 ədəd sellofan torbada, iki ədəd sintetik qabqa, 10 ədəd kibrit qutusunda ümumi çəkisi 3 kiloqram 200 qram olan qurudulmuş marixuana götürülüb.Həmçinin evin otaqlarından birindən qurumaq üçün asılan ümumi çəkisi 7 kiloqram 500 qram olan olan 7 ədəd çətənə bitkisi də aşkar edilib.Ramil Əhmədovun üzərində isə bir büküm, çəkisi 0,1 qram olan heroin olduğu məlum olub.Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 613