• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 17.08.2017 22:50

Barselonada terror aktı törədildi, bütün stansiyalar bağlandı

KepezTV Player

İspaniyanın Barselona şəhərində terror aktı törədilib. Drisse Oukabir adlı sürücü saatda 80 km sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb. Şahidlərin sözlərinə görə, o, daha çox insan öldürmək məqsədilə maşını ziqzaqvari hərəkət etdirib. Hadisə nəticəsində son məlumatlara görə, 13 nəfər həlak olub, 60-dan çox yaralı var. Las Ramblas turizm rayonunda qeydə alınan insidentdən sonra sürücü hadisə yerindən qaçıb. Lakin daha sonra polis terrorçunu saxlamağa müvəffəq olub. Bölgədə metro və qatar stansiyalarına giriş-çıxış bağlanıb. İspaniya polisi hadisənin terror aktı olduğunu təsdiqləyib. Şəhərin Karrer Tallers küçəsində iki terrorçu "Luna de İstanbul" türk restoranına girərək, müştəri və personalı girov götürüb. Girovların azad edilməsi üçün hazırda polisin terrorçularla danışıq apardığı bildirilir. Şəhərin digər ərazisində isə avtomobil üç polis əməkdaşını vurub. İnsident polis maşını yoxlamaq məqsədilə saxlamaq istəyərkən baş verib. Ağ rəngli "Ford Focus" markalı avtomobilin sürücüsü polislərə atəş açandan sonra hadisə yerindən qaçıb.