• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 16.08.2017 17:59

Süd qazanı aşdı, ana və övladları ağır xəsarət aldılar

KepezTV Player

Masallıda ana və iki azyaşlı övladı ehtiyatsızlıq nəticəsində ağır yanıq xəsarəti alıb. Rayonun Qızılavar kəndində axşam saatlarında kənd sakini 23 yaşlı Aytəkin Seyfullayeva südlə dolu qazanı ocaqdan götürmək istəyərkən qazan aşıb. Qaynar süd ana və övladları - 4 yaşlı Zəhra ilə 3 yaşlı Əmənullahın üzərinə tökülüb. Hər üçü ailə üzvlərinin köməyi ilə dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Uşaqların vəziyyəti ağır olduğundan onlar paytaxt xəstəxanalarından birinə göndəriliblər.

 

Zülfiyyə Telmanqızı