KepezTV Player
Azərbaycandan külli miqdarda valyutanın çıxarılması cəhdinin qarşısı alınıb. Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Sakit Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub. Vətəndaş gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq maşın yoxlamadan keçirilib. Nəticədə nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 403