• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 16.08.2017 15:26

Gədəbəydə 14 yaşlı oğlan qətlə yetirilib

KepezTV Player

Boğazdan söz keçməyəndə çarəni qol gücündə görürlər. Yəni, can boğaza dayananda, bıçaq da cana dayanır. Amma Allahın əmanətinə qənim kəsilmək asan iş olmamalıdır. Təəssüf ki, bu olmazı, bu mümkünsüzü adiləşdirən cəlladlar var. Qana susayanların bu günki qurbanları 14 yaşlı yeniyetmə və 22 yaşlı gənc olub. Qətl hadisələrini izləyək.
Gədəbəydə 14 yaşlı oğlan qətlə yetirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Şabanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb. Ağdaşda bələdiyyə sədrinin oğlu qətlə yetirilib. Qəribli kəndində kənd sakini 37 yaşlı Cabir Savxanov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 22 yaşlı Sahib Həsənovu bıçaqlayıb. Məlumata görə, Həsənov hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib. Yaralı rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saatdan sonra çatdırılıb. Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Qətlə yetirilən gənc Ağdaş rayonunun Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Elnur Vahidoğlu