Gəncə şəhərində avtomobil qəzası baş verib. Hadisə şəhərin Gülüstan yaşayış massivində olub. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə “Oka” markalı avtomobil toqquşub. Qəza zamanı şəhər sakini 46 yaşlı Fərqanə Tağıyeva və 53 yaşlı Məhbubə Qasımova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Onlara tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Məharət Kərimov həkim – “Bir nəfərin döş qəfəsinin əzniyi, o biri xəstənin isə hər iki baldır nahiyyələrinin yuxarı üçdə birinin əziniyi və dəri altı gematoması diaqnozu qoyulub”.
Elnur Vahidoğlu
- Baxış: 581