• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 11.08.2017 18:29

Yol hərəkəti qaydalarına dırnaqarası baxanlar peşman oldular

KepezTV Player

Yollarda baş verən faciələr doğrudan da qan dondurur. Nə zamanı geri qaytarmaq olur, nə öləni diriltmək, nə də sonrakı peşmanlıq fayda verir. Bu səbəbdən qanunu şah tutmaq lazımdır. Bunu təmin etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin 7-ci tağımının əməkdaşları Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində reyd keçiriblər. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, avtomobildə konstruksiya dəyişikliyi edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. 20-yə yaxın sürücü barəsində inzibati protokol tətbiq edilib. 

 

Vüsalə CamalVüsalə Camal