• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 10.08.2017 14:20

3 uşağının anasını qanına qəltan etdi

KepezTV Player

Ömür-gün yoldaşı. Sonradan ayrılıq olsa da, bu insanın əslində seçim olduğunu unutmaq olmaz. Hələ bu insan 3 övladın anasıdırsa, qətiyyən unutmaq olmaz. Birdə ki, istənilən mübahisəni dili, agzı, səsi olan hər kəs elə sözlərlə, danışıqla həll edə bilər. Qəzəbinə məğlub olub, hirsinə hakim kəsilə bilməyib, şiddətə əl atmaqsa insanı insanlıqdan çıxarır. Üzülərək bir qadını amansızlıqla xəstəxanalıq edən ərdən danışacağıq bügün. Daha doğrusu onun əməlinin nəticəsindən.

Goranboy rayonunda ailə münaqişəsi zəminində cinayət hadisəsi baş verib. Rayonun Xınallı kənd sakini 41 yaşlı Amil Abdullayev həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı 37 yaşlı Samirə Nəbiyevanı xəstəxanalıq edib. Yaxınlarının sözlərinə görə, qadın səhər saat 9-10 radələrində şəhid qardaşının adına olan bulaqdan su gətirməyə gedibmiş. Elə hadisə də həmin ərazidə baş verib. Amil bulaq başına gələrək həyat yoldaşı ilə mübahisə edib və sonra şüşə butulkanı sındıraraq onunla qadının başına, üzünə, əllərinə çoxlu zərbələr endirib. Bundan ürəyi soyumayan kişi daha sonra daşla qadının başına vurmağa başlayıb. Zərərçəkən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Dəliməmədli şəhər xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Yaxınlarının dediyinə görə, 3 övladı olan cütlük arasında münaqişələr tez-tez yaşanırmış. Məhz elə bu səbəbdən də qadın 8 ay əvvəl atası evinə köçüb və orada qalır.

Hadisə ilə bağlı artıq polisə məlumat verilib, Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Vəfa Şairova