KepezTV Player
Paytaxt sakini evinin yaxınlığında bıçaqlanıb. Hadisə Sabunçu rayonu Asif Əsədullayev küçəsində qeydə alınıb. Cinayəti törədən şəxs ərazidən qaçıb. 33 yaşlı Heybət Əliyev çoxsaylı bıçaq xəsarəti ilə ətrafdakı şəxslərin köməkliyi ilə Sabunşu rayonunda yerləşən 3 saylı xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib. Heybət Əliyev onu bıçaqlayan şəxsi tanımadığını bildirib. Sabunçu rayonu polis idarəsi 12-ci polis bölməsi əməkdaşları faktı araşdırırlar.
Vüsalə Camal
- Baxış: 410