• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 05.08.2017 16:40

Qərb bölgəsində dəri 100% emal olunacaq

KepezTV Player

Samuxda yerləşən, 2 ilə yaxındır fəaliyyət göstərən dəri sexində emal yarıya qədər icra edilir. İlkin olaraq xam dəri duzlanır, kirəclənir, xromlanır, ətləmədən keçir, sıxmadan sonra paketlənir.

Tanıdığımız dəri məhsullarının hazırlanması o qədər də asan ərsəyə gəlmir. Gördüyünüz kimi bu prosedur xüsusi zəhmət və insan əməyi tələb edir.

Razi Məmmədov - dəri sexinin rəhbəri: “Xammal qəssəblərdən alınır. Müxtəlif kəndlərdir, 1 kq-nın alışı keyfiyyətinə görə 1 – 1.50 manat arasında dəyişir. Xromlanmış şəkildə Türkiyə, Çin, Hindistan kimi ölkələrə göndərilir. Orada yağlama, boyama kimi son işləri aparılır, daha sonra həmin olkələrdə və xarici bazarlarda satırlar”.

 Hazırda tam emal üçün avadanlıq çatışmazlığı var. Lakin tezliklə istehsal sona qədər yerinə yetiriləcək. Daha sonra dəri məmulatlarının tikiş sexi fəaliyyətə başlayacaq. Beləliklə işçilərin sayı 25-dən 100 nəfərə çatdırılacaq.

Razi Məmmədov - dəri sexinin rəhbəri: “Müqaviləmiz olan şirkətlər var ki, bizdən qoyun dərisi və yunu üçün müraciət ediblər. Sifarişləri də var. Ona görə qoyun dərisi istehalına da başlayacıq. İstəyirik həm yeni iş yerləri açılsın, həm də dəri fermerin əlində qalmasın, atılmasın. Yun emalını da təşkil edəcək”.

Yun emalının təşkili xalçaçılığın inkişafına da təkan verə bilər. Bu vacib sahənin inkişafının vacibliyi barədə isə Qaxda keçirilən müşavirədə Prezident İlham Əliyev də danışıb.

Hazırda ölkəmizdə dəri yarımfabrikat halına salınaraq xaricə satılır. Orada isə tam işləndikdən sonra hazır məhsul kimi dəfələrlə baha qiymətə yenidən ölkəmizə geri qayır. Buna görə də hazırda Gəncə bazarlarında satılan xarici dəri materialları əsasən süni əvəzedicilərdir.

Aşılanmış dərini dükanlardan yox, yalnız məhdud yerlərdən əldə etmək olar. Özü də xalis yerli mal.

Tam olaraq ölkədə aşılanmış dərinin dm-i 30 qəpiyədir. Xarici dövlətlərdə emal edilən dərinin satış qiyməti isə elə həmin ölkələrdə 2-3 dollar arasında dəyişir. Gətirilmə xərclərini də nəzərə alsaq bizim bazarlarda qiyməti yerli məhsuldan qat-qat baha düşür. Odur ki, tikiş sexlərində daha çox yerli dərilərdən, yaxud da idxal olunan dəri əvəzedicilərindən istifadə edilir.

 

Xəyalə Mürsəl