Biləsuvar RPŞ Dövlət Yol Polisi bölməsi əməkdaşları şəhərin mərkəzi küçələrində reyd keçiriblər. Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə aparılan yoxlamalar nəticəsiz qalmayıb. Çox təəssüf ki, qaydaları heçə sayanlar tapılıb, 40-a yaxın sürücü cəzalanıb.
Bəzilər mobil telefonla dostlarından kömək istəyir, bəziləri isə polisin saxla əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışırlar. Bu görüntülər Biləsuvar rayonunda Yol polisinin keçirdiyi reyddəndir. Rayonda yol hərkətinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də müvafiq sürücülük vəsiqəsi olmadan avtomobilləri idarə edən sürücülər saxlanaraq barəsində inzibati protokol tərtib olunub.
Hətta bəzi sürücülər müəyyən səbəblərə görə polisin saxla əmrinə tabe olmayaraq reydin keçirildiyi ərazidən uzaqlaşmağa çalışıblar. Bu kimi sürücülərin avtomobilləri yol patrul xidmətinin əmkdaşları tərəfindən saxlanaraq barələrində tədbir görülüb.
Ümumilikdə 40-a yaxın sürücü reyd zamanı saxlanaraq barələrində inzibati tədbir görülüb. Reyd qarşıdakı günlərdə də davam etdiriləcək.
- Baxış: 380