Gəncənin Hacıkənd qəsəbəsinin turimz potensialı daha da yüksəldiləcək. Bu istiqamətdə bir sıra addımlar atılacaq ki, onların sırasına qəsəbədə “Nizami Gəncəvi. Xələfləri və Sələfləri” parkının salınması, habelə burada olan yerli əhəmiyyətli tarixi binaların restavrasiyası daxildir. Bununla yanaşı qəsəbədə ikinci 5 ulduzlu otelin təməli də qoyulacaq. Bu haqda Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında məlumat verib. Yığıncaqda Gəncədə aparılıan abadlıq-quruculuq və tikinti işlərindən də söz açılıb. Yeni tədris ilində 1 və 44 nömrəli tam orta məktəblər, habelə ADAU-nun “Tələbə evi” layihəsi üzrə inşa edilən ikinci yataqxana binası istifadəyə veriləcək. Tədbirdə Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi haqqında da danışılıb. Layihə iki ildən sonra yekunlaşacaq.
Elmar Vəliyev - Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Gəncədə kanalizasiya, su və yağış suları ötürücülərinin lahiyəsi yüksək sürətlə həyata keçirilir. III tanş yaxın iki ay ərzində başa çatmalıdır. IV tranş əsasən şəhərin mərkəzi hissələrini əhatə edəcək və müddəti 30 aydır. Bundan sonra beçinci layihə gəlir. 2019-cu ilin so nuna kimi Gəncə şəhərində mövcud olan 1100-ə yaxın küçənin su və kanalizasiya sistemi istifadə üçün şəhər əhalisinin istifadəsinə veriləcək”.
Gülnar Fazilqızı
- Baxış: 934