• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 25.07.2017 16:45

Dondurma alarkən bunlara diqqət edin

KepezTV Player

Qum dadan dondurmalar. Son günlər bəzi dondurmaların dadına, keyfiyyətinə şübhə ilə yanaşanların sayı artıb. Kiçik araşdırmamız göstərir ki, buna səbəb var. İndi təqdim edəcəyimiz halla qarşılaşanlar öz hüquqlarını tələb etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

Nərgiz Sadığova - şəhər sakini: “Eşitmişdim, deyirdilər qum dadır, amma fikir vermirdim. Təsadüfən mən də qarşılaşdım. Elə ucuz da deyildi, yeyəndə hiss elədim ki, qum kimi dadır, sanki içində quru bir maddə var əriməyib, ya könəlibmi bilmirəm. Hiss edirsən ki, boğur, cızır boğazı”.

Söhbət isti yay aylarında təlabatın daha çox olduğu dondurmalardan gedir. Sərinləşdirici desertin yararlılıq müddəti yerində olsa da dadanlar təəccüblənir.

Söhbət qidadan gedirsə, laborator analiz və yoxlama bir kənara, elə oqanopeltik yoxlama da öz sözünü deyir...Şirnisi, yağlılığı heç də pis deyil, amma tərkibində sanki əriməmiş, quma bənzər maddə var...Bu da qiymətinə etibar edib aldığımız 1 manat 30 qəpiklik dondurma!

Bəziləri istehlakçının hüququnun tapdandığı bu halı istehsal mənşəli problem, bəziləri isə əridikdən sonra yenidən dondurulma ilə əlaqələndirirlər. Nəzərə alaq ki, ikinci dəfə dondurulmuş məhsulun qəbulu orqanizmə mənfi təsir edir.

Fazil Paşayev - ekspert: “Donmuş məhsulların satılması qaydalarında yazılır ki, donan məhsulun əridildikdən sonra yenidən dondurulması qadağandır. Alarkən diqqətli olmaq, deformasiya uğramadığına baxmaq lazımdır. Bəzən əriyəndə kağızı islanır, yenidən donduranda kağızın üstü də donur. Yeyəndə içində buz, xırda parçalar olur”.

Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi də bəzi dondurmalarda istehsal mənşəli problemlərin, sağlamlıq üçün təhlükə yaradan mikroorqanizmlərin normadan artıq olduğunu açıqlamışdı. Bu faktlar göstərir ki, dondurma alarkən diqqətli olunmalıdır. Şübhəli hal aşkarlandıqda müvafiq qaynar xəttə müraciət edərək öz hüququnuzu müdafiə edə bilərsiz. (son cümləyə qrafika ya da saytın fotosu: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, qaytar xətt: ( 99412) 498 15 01-04 - http://www.consumer.gov.az/index.php?lang=az )
 

Xəyalə Mürsəl