Cəlilabad sakininin həyətindən çoxlu sayda çətənə kolları aşkarlanıb. Daxil olan məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədən aqrotexniki qaydada becərilən 139 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Çətənə kolları kökündən çıxarılaraq hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülüb. Rəşid Qasımov istintaqa verdiyi ilkin ifadəsində bu bitkinin toxumunun Ağdam rayonuna gedərkən yol kənarında yabanı halda bitən çətənə kollarından yığdığını bildirib. Saxlanılan şəxs narkotik tərkibli bitkini şəxsi istifadəsi üçün becərdiyini desə də külli miqdarda olması bunun satış məqsədi ilə də əkildiyini deməyə əsas verir. Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bəhruz Xanlarzadə Cəlilabad RPŞ-nin müstəntiqi: Qarazəncir kəndində yaşıyan Qasımov Rəşid Əvəz oğluna məxsus evin həyətyanı sahəsindən 139 ədəd-ümumi çəkisi 5 min 200 qram olan çətənə aşkar edilərək götürülmüşdür. faktla bağlı tərəfimizdən AR cinayət məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı davam etdirilir.
- Baxış: 508