Ehsana xərclənən vəsaiti su, işıq çəkməklə, yolları abadlaşdırılmaqla, təmizlik yaratmaqla daha savab işlərə xərcləmək olar. Çünki, bu sadalananlar da ehsan sayılır. Gəncənin ziyalıları və din xadimləri yas mərasimlərində yemək verilməsinin məqbul sayılmadığına diqqət çəkir.
Sevda Həsənova şəhər sakini:Eləsi var bankdan pul götürür, ya qohumdan borc alır ehsan verir. Sonra qalır borcun altında. Sənə baxıram, məcbur olub məndə edirəm. Gərək imkanlılar etməyə ki, kasıb da məcbur olmaya.
Əntiqə Sultanova şəhər sakini:Sağkən qədrimi bilməyib öldükdən sonra üç, yeddi verməyin nə mənası var? Eləsi var sələmə girib ehsan verir. Onun xeyri varmı? Heç qəbir üstünə gedirlərmi?
Minayə Abbasova şəhər sakini: Niyə utanıram? Mənim heç nəyim yoxdursa, çayım xurmam var.
Gəncədə dəbdəbəli ehsan süfrələrinin açılmasını şəhər ictimaiyyəti birmənalı qarşılamır. Dini baxımdan da yas mərasimlərində israfçılığa tənqidi yanaşma var.
Əlisəftər Səfərəliyev “Şah Abbas Cümə Məscidi” dini icmasının sədri:İslamda israf qətiyyən bəyənilmir və qəbul olunmur. Hətta hədislərin birində deyilir ki, “qənaət mənim tacımdır”. Biz olaraq israfa və adət ənənədə hansısa ifrata varırıqsa, cəmiyyətin bir qismi bundan əziyyət çəkir.
Rahilə Cəfərova “Həzrəti Zeynəb Məscidi” dini icmasının sədri: Keçmiş vaxtlarda ölü düşəndə qonum qonşu yemək bişirib gətirərdi, bu yolla dəb-dəbə artdı. Quanda yazır ki, ölünün 5 əfsəl əməli var – yuyulması, kəfənlənməsi, Quran oxunması, cənazə namazı və dəfn edilməsi. Bununla bitir.
Yəni bu yolla ölüsü düşən insanların işi rahatlaşır və əlavə qayğılardan azad olur. Şəhər ziyalıları deyirlər ki, keçmişdə, cahillik adlandırılan dövrlərdə belə hallar olmayıb. Əsl cahillik indidir! Təmtəraqlı yas mərasimi tutmaq, digərlərini də buna sövq etmək
Fuad Əliyev AMEA-nın Gəncə bölməsinin akademik katibi:Qədim Gəncədə can haqqı deyilən söz vardı. İnsanlar müəyyən vəsait toplayardı, bu məbləğ qəbrin qazılması, ölünün basdırılması və başdaşına xərclənərdi. Başqa məqsəd olmurdu burada.
Əlisəftər Səfərəliyev “Şah Abbas Cümə Məscidi” dini icmasının sədri:Ölüsü düşmüş birini maddi çətinliyə salmaq olmaz. Odur ki, yas mərasimi süfrələri ən sadə şəkildə olmalıdır – çay, qənd, xurma və halva.
Rahilə Cəfərova “Həzrəti Zeynəb Məscidi” dini icmasının sədri:Elə bilirlər ki, ehsan yeməklə olur, amma elə deyil. Ehsan hörmət deməkdir – bir yetimə geyim almaq, birinin qəlbini sevindirmək, ağac əkməs, su çəkdirməkdir.
Dünyasını dəyişən şəxsə hörmət olaraq bu yolla edilən ehsan savab sayılır və tarixən yaşayır. Dini baxımdan əsası olmayan, dəb halnı alaraq yayılan bu günki yas mərasimlərinin daha sadə şəkildə təşkili isə formalaşmış ənənənin tədricən aradan qalmasına imkan verəcək.
- Baxış: 4544