KepezTV Player
Ağdamın Xındırıstan kəndində bir ailənin 6 üzvü tortdan zəhərlənib. Zərərçəkənlər - 68 yaşlı Nazim Babayev, 64 yaşlı Nailə Babayeva, onların oğlu Ramil Babayev və nəvələri 13 yaşlı Nəzrin, 11 yaşlı Nailə və 7 yaşlı Orxan Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ailə üzvləri müayinə olunarkən onlara qida zəhərlənməsi diaqnozu qoyulub. Həkimlər tərəfindən xəstələrə ilki tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxşdir.
- Baxış: 516