KepezTV Player
Bakıda şəhər sakininə məxsus Land Rover markalı avtomobilin yan şüşəsini sındıran şəxs yaxud şəxslər sənədlər və elektrotexnika əşyalarını oğurlayıblar. Hadisə paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində baş verib. Avtomobili qarət edilən Anar Rəsulov olaydan səhər saatlarında xəbər tutub və dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə yaradıb. Hadisə yerinə gələn polis əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Hazırda polis ərazidə yerləşən müxtəlif obyektlərə məxsus təhlükəsizlik kameralarından cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin kimliyini müəyyənləşdirməyə çalışır.
- Baxış: 888