Gəncə Şəhər Təmizlik İdarəsinin əməkdaşı 36 yaşlı Osman Orucov şəhərin Məhsəti qəsəbəsində iş başında olarkən vətəndaşlar tərəfindən döyülüb. Osman Orucovun döyülməsinə səbəb tullantıların yığılmasına görə ödənişdən imtina edən vətəndaşlarla arasında baş verən mübahisədir. Xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır
- Baxış: 511