KepezTV Player
Sumqayıtda 23 yaşlı gənci öldürən şəxs yaxalanıb. Qətl hadisəsi ötən gün baş verib. Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi məlum olub. Qanlı olay münaqişə zəminində Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən törədilib. O, Şəmkir rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 577