Bakının Yasamal rayonu ərazisində qətl törədilib. Hadisə İbrahim Əbilov küçəsi, 60 ünvanında baş verib. Ərazidə usta işləyən 26 yaşlı Sənan Məmmədov münasibətdə olduğu 29 yaşlı Mahirə Əliyeva ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən Sənan qadını təqib edib və tanışları ilə onun kirayə qaldığı evə gəlib. Qapını onların üzünə ev sahibi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev sahibinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. O, qaraciyər nahiyəsindən ciddi xəsarət alıb. Qadının köməyinə gələn oğlu, 26 yaşlı Laçın Həsənov da bıçaqlanıb. Daha sonra Sənan Mahirə Əliyevanın ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. İnsident zamanı yaralanan ana və oğul 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 632