• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 23.06.2017 13:52

Sürücülərin ehtiyatsızlığı qəzalara səbəb oldu

KepezTV Player

Bu dəfə yol qəzalarına iri və xırdabuynuzlu heyvanlar səbəb olub. Hacıqabul və Şamaxıda qeydə alınan hadisələrdə 5 nəfər yaralanıb, 8 heyvan tələf olub.

Hacıqabul rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bakı-Qazax magistralında Tərtər rayonu İsmayılbəyli kənd sakini, 49 yaşlı Salman Axundovun idarə etdiyi “OKA” markalı avtomobilin qarşısına inək çıxıb. Qəza nəticəsində sürücü ağır, 4 ailə üzvü isə yüngül xəsarət alıb. Salman Axundov Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb, digər yaralılara hadisə yerində yardım göstərilib. İribuynuzlu heyvan isə tələf olub.

Şamaxıda iki avtomobil qoyun sürüsünə girib. Hadisə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində qeydə alınıb. İsmayıllı sakini Bəhram Qurbanovun idarə etdiyi “Mersedes” və Şamaxı sakini Məşhur Həmdəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər hərəkətdə olarkən qəflətən yola çıxan qoyun sürüsünü vurub. Hadisə zamanı Qənimət Hacıyevə məxsus sürüdə 7-yə yaxın qoyun ölüb, avtomobillərə ciddi ziyan dəyib.

Faktlarla bağlı araşdıma aparılır.
 

Zülfiyyə Telmanqızı