Gəncə şəhərində mənzildə 2 uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı açılıb və uşaqlar xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 447