Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gizlin və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. Bakı-Almatı aviareysilə getmək istəyən Ukrayna vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginazların təsviri görünüb.Vətəndaş saxlanılıb sorğu-sual edilərkən üzərində cəmi 7000 avronun olduğunu bildirib. Yoxlama zamanı,ona məxsus əl çantasının içərisindəki noutbukun arasında 5000 avro, çantanın içərisində olan digər şəxsi əşyaların arasında isə 58.000 avro nominalında əsginazlar aşkar edilib. Şəxsi yoxlama zamanı vətəndaşın əynindəki alt geyimində daha 5000 avro aşkar olunub. Beləliklə, vətəndaşın gömrük nəzarətindən gizlətdiyi və əvvəlcədən bəyan etmədiyi 150 ədəd - hər biri 500 avro nominalında əsginazlar olmaqla, cəmi 75.000 avro aşkar edilərək götürülüb.
Zülfiyyə Telmanqızı
- Baxış: 620