KepezTV Player
Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbəsində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxs ifşa edilib. İyunun 18-19-da rayon ərazisində 1 evdən, mağazadan, torpaq sahəsindən və emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub. Saxlanılan şəxs əsasən qonşuluğunda yaşayan şəxslərin evlərindən oğurluq edib. Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 904